İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

Növbəti treninq...

07 Avqust 2008 18:16

Növbəti treninq... Növbəti treninq...

02 Avqust tarixində Multimedia Mərkəzi tərəfindən  “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək” Layihəsi çərçivəsində növbəti  Treninq keçirilib.

Treninqdə müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.

Ekspert Emin Hüseynzadə  “Bloqlar və onların yaradılması. Bloqların yeniləşdirilməsi. Bloq sistemləri. Bloqların reklamı. RSS. Anonimlik. Sosial resurslar və onlardan istifadə qaydaları “ mövzusunda   təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını  maraqlandıran çoxsayllara aydınlıq gətirilib.

Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.

Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.

Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.

 

şərhlər

Barcamp - 02 August

03 Avqust 2008 15:24

Phots maded 02 August - Barcamp Central Asia

Thanks Yury Byuchkou - www.ibelarus.net

Download Zip version

Barcamp - 02 August

şərhlər

Innovation Incubator Photos

03 Avqust 2008 14:25

Photos maded 2 hour ago. :)

ZIP file 81.7 MB

Thanks to Atoms

Innovation Incubator Photos

şərhlər

After Presentations - End of day

03 Avqust 2008 12:30

02 August Photos After Presentations.

u can download full size images from here.

After Presentations - End of day

şərhlər

Təqdimatlar gedir...

02 Avqust 2008 14:33


Artıq Təqdimatlar gedir, bir hissəsi gedib, indi ardı gedir. Yorulmuşam Zalda oturub bloqumda yazıram. Bu gün gözəl təqdimatlarımız oldu. Azərbaycandan təkcə mənim olmağıma baxmayaraq 2 təqdimatımız oldu. 1-i Vahid müəllimin Bakı-Bişkek Telekörtü ilə "telekörpü mövzusunda" təqdimatı, ondan bir az sonra isə mənim "Mobil İnternet (WAP)" barədə təqdimatım oldu.
Təqdimatımda WAP barədə qısa məlumat verdim, Statistik məlumatlar, Azərbaycanda və Dünyada WAP-ın vəziyyəti VƏ WAP-dan qazanc barədə danışdım. Qazanc-da Azərbaycanda kechirtdiyim təqdimatdan fərqli olaraq WAP Push barədə də danışdım. Onu deyim ki get-gedə artıq sərbəst təqdimat aparmağı öyrənirəm :) Təqdimatımdan sonra bir neçə şirkət yaxınlaşıb əlaqə üşün Vizit kartımı istədilər. Mobil İnternet hal hazırda burdakıların bir çox hissəsinin maraq dairəsindədir.
Təqdimatımla maraqlananlar aşağıdakı linkdən Power Point versiyasını yükləyib baxa bilər.

http://www.aliev.info/barcampasia/mobile_internet_wap.ppt

şərhlər(1)
Arxiv