İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

Növbəti treninq...

07.08.2008

Növbəti treninq... Növbəti treninq...

02 Avqust tarixində Multimedia Mərkəzi tərəfindən  “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək” Layihəsi çərçivəsində növbəti  Treninq keçirilib.

Treninqdə müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.

Ekspert Emin Hüseynzadə  “Bloqlar və onların yaradılması. Bloqların yeniləşdirilməsi. Bloq sistemləri. Bloqların reklamı. RSS. Anonimlik. Sosial resurslar və onlardan istifadə qaydaları “ mövzusunda   təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını  maraqlandıran çoxsayllara aydınlıq gətirilib.

Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.

Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.

Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.

 

şərh yaz
  Növbəti treninq...

Şərhlər